WhatsApp-da YENİLİK: günün sonunadək... - FOTO

WhatsApp-da YENİLİK: günün sonunadək... - FOTO
12:47 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Uzun müddətdir WhatsApp üçün videozəng xüsusiyyəti gözlənilirdi.

Milli.Az bildirir ki, bir neçə gün əvvəl sizə technote.az-a istinadən bu xüsusiyyətin Beta versiyaya əlavə edildiyinin xəbərini vermişdik. 

Beta versiyadan uğurla çıxan xüsusiyyət artıq məşhur tətbiqin tam versiyasında yerini alıb. Artıq WhatsApp vasitəsilə videozənglər edə biləcəksiniz. Bir neçə gün əvvəl Beta versiyasını sınaqdan keçirdiyimiz bu xüsusiyyət artıq hər kəs tərəfindən istifadə edilə bilinir.

Skype, Google Hangouts və FaceTime tətbiqlərində olduğu kimi video konfrans edilə bilməsinə şərait yaradan WhatsApp videozəng xüsusiyyəti sınaq mərhələsindən sonra tətbiqə əlavə edildi.

WhatsApp-da videozəng edərkən, eynilə səsli zəngdə olduğu kimi bir yol izləyirsiniz və zəng etmək istədiyiniz şəxs ilə söhbətə daxil olaraq Görüntülü Arama-nı seçirsiniz. Hazırda bütün istifadəçilərə yavaş-yavaş gələn bu yenilənmənin, gün sonuna qədər hər kəs üçün aktiv olacağı gözlənilir. 

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR