AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Mil-Muğan”ın futbolçusu Samir Babayev "Bakılı" ilə oyunun 80-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 2 oyunluq cəzalandırılıb, klub 160 manat cərimə olunub. İmşli klubunun digər üzvü Tofiq Mikayılov qarşılaşmanın 87-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulub. Onun cəzası 1 oyun olub, kluba 20 manat cərimə kəsilib. "Bakılı" isə 4 futbolçusu sarı vərəqə aldığından 80 manat ödəyəcək.
“Şəmkir” - MOİK matçının 37-ci dəqiqəsində qonaqların futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydandan qovulduğundan 1 oyunluq cəza alıb, klub 20 manat cərimələnib.
“Səbail” isə “Şərurspor”la matçda 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə olunub.
Fanat.Az