Salyanda 73 yaşlı piyadanı avtomobil vurub

Salyanda 73 yaşlı piyadanı avtomobil vurub
12:57 1 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan.1 noyabr. REPORT.AZ/ Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, rayonun Kürsəngi kənd sakini, 73 yaşlı Ənoğlan Şahbala oğlu Mənsimovu avtomobili vurub. Müxtəlif dərəcəl bədən xəsarətləri alan yaralını həmin avtombilin sürücüsü dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/salyanda-73-yasli-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR