"Kəpəz"i kapitanı, "İnter"i azarkeşi ziyana saldı

"Kəpəz"i kapitanı, "İnter"i azarkeşi ziyana saldı
12:57 1 Noyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın X turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


"Kəpəz"in kapitanı Tural Axundov bir oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib. Buna səbəb futbolçunun "Zirə" ilə oyunun 70-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulması olub. "Kəpəz" həmçinin 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimə edilib.


“İnter” - “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olmuş və oyunda fasilə yaranmışdı. AFFA Bakı buna görə klubunu 4000 manat cərimələyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquoti-kapitan-quotnterquoti-azarkei-ziyana-sald-t53806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR