Dağıstanın başçısı: "25 ildir dənizin dibini bölə bilmirik, tezliklə burada üçüncü ölkələr peyda ola bilər"

Dağıstanın başçısı: "25 ildir dənizin dibini bölə bilmirik, tezliklə burada üçüncü ölkələr peyda ola bilər"
13:12 1 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycan Dərbəndin inkişafına 1 milyard rubl sərmayə yatırıb".
"Report" xəbər verir ki, bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov deyib.
Onun sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafında mədəniyyət mühüm əhəmiyyət kəsb edir. Dağıstanın başçısı, həmçinin dağıstanlıların Azərbaycandakı və azərbaycanlıların Dağıstandakı mədəni irsinin qorunması üzrə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
R.Abdulatipov tərəflərin Xəzər dənizi üzrə əməkdaşlığının zəif olmasından da şikayətlənib: "İndi sanki Xəzər dənizinin dibindəyik. 25 ildir dənizin dibini bölə bilmirik. Tezliklə burada üçüncü ölkələr peyda ola bilər. Bu baş verəndə isə onların əməkdaşlığımıza mane olduqlarından şikayətlənəcəyik".
Ticarət əlaqələrinin inkişafının əhəmiyyətindən danışan Dağıstanın rəhbəri bildirib ki, Azərbaycan-Rusiya sərhədində gündə 300 avtomobil buraxmaq qabiliyyətinə malik gömrük-logistika mərkəzi yaradılır.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/dagistanin-bascisi-25-ildir-denizin-dibini-bole-bilmirik-tezlikle-burada-ucuncu-olkeler-peyde-ola

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR