Binəqədidə yanan bina ilə bağlı məhkəməyə bəzi şahidlər məcburi gətiriləcəklər

Binəqədidə yanan bina ilə bağlı məhkəməyə bəzi şahidlər məcburi gətiriləcəklər
13:27 1 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə zərərçəkmiş Lalə Hüseynova ifadə verib. O bildirib ki, yanan binada evi 1995-ci ildə alıb: "Həmin mənzildə yaşamamışam. Mənzili kirayə vermişəm. Mənə dəymiş ziyanı dövlətimiz ödəyib. Heç bir şikayətim yoxdur.

Hakim bildirib ki, zərərçəkmişlərdən - Amilə Kişiyeva, Mirnizam Həbibov, Toğrul Bağırov və Mübariz Səmədov ölkə hüdudlarından kənardadırlar: "Həmin şahidlərin Azərbaycandan kənarda olması barədə sənədlər əldə etmişik, telefonla həmin şəxslərlə danışmışıq. Lakin onların prosesə gətirilməsi mümkün deyil. Bundan əlavə, bir neçə şahid prosesə gəlmir. Onların da barəsində məcburi gətirilmə barədə qərar çıxarılıb və qərarlar müvafiq polis idarələrinə göndərilib".

Hakim əlavə edib ki, iş üzrə adı keçən şahid Xəyyam Babayev məhkəməyə teleqram vurub. Şahid istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, prosesdə iştirak edə bilməyəcəyini qeyd edib.

Proses noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qəti imkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

23 Sentyabr 2017 08:02

Tütünün zərərlərini yox edən effektiv üsullar

23 Sentyabr 2017 07:53

“Müsəlman qardaşlar”ın sabiq başçısı vəfat etdi

23 Sentyabr 2017 07:24

Seksual tələbat olmayan dünya necə olardı?

23 Sentyabr 2017 07:13

Kolumbiyada 200 milyon dollarlıq kokain partiyası müsadirə olunub

23 Sentyabr 2017 07:02

DİN-ə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 06:54

Donald Tramp: "KXDR lideri ilə işi çoxdan bitirmək lazım idi"

23 Sentyabr 2017 06:52

İran ballistik raket buraxdı

23 Sentyabr 2017 06:38

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

23 Sentyabr 2017 06:27

Məşhur aktyor iki nəfərin ölümündə günahlandırılır

23 Sentyabr 2017 06:24

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13