Əvvəl Qriqorçuk, sonra Qaltye

Əvvəl Qriqorçuk, sonra Qaltye
13:27 1 Noyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununda "Qəbələ" Fransanın "Saint-Etienne" komandasını qəbul edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - "Saint-Etienne" matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - noyabrın 2-də saat 18:15-də arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 19:30-da isə Fransa klubunun baş məşqçisi Kristof Qaltye media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqləri də "Bakcell Arena"da baş tutacaq. "Qəbələ" 19:00-da, "Saint-Etienne" 20:00-da stadionun meydanında hazırlıqlarını tamamlayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR