Azərbaycanda tütün məmulatlarının istehsalı ilə bağlı lisenziya üçün əlavə şərtlər olmayacaq

Azərbaycanda tütün məmulatlarının istehsalı ilə bağlı lisenziya üçün əlavə şərtlər olmayacaq
13:27 1 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli fərmanının icrası barədə" qərarında dəyişikliklər edib.
"Report"un xəbərinə görə, dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, bundan sonra alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün təkmilləşdirilmiş əlavə şərtlər tələb olunmayacaq.
Sənəddə Azərbaycan ərazisində mülkiyyət formasından asılı olmayaraq etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının qanunsuz (lisenziyasız) istehsal edilməsinə qarşı müvafiq dövlət orqanlarının əlaqəli mübarizəsinin təşkil edilməsi ilə bağlı hissə də ləğv edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-tutun-memulatlarinin-istehsali-bagli-xususi-lisenziya-verilmesi-ucun-tekmillesdirilmis

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR