Qaraçuxurda torpaq uçqunu oldu

Qaraçuxurda torpaq uçqunu oldu
13:34 1 Noyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Qaraçuxur qəsəbəsində avtomobil yolunun kənarında uçqun olub. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

 

O bildirib ki, uçqun Əhmədli-Günəşli arası sürüşmə sahəsində, dik yamacda baş verib.

 

Dəstə rəisinin sözlərinə görə, uçqunun baş verməsinə səbəb atmosfer yağıntıları olub.

 

R. Həsənov qeyd edib ki, hazırda Zığ sürüşmə sahəsində aktivlik müşahidə olunur, çatlarda genişlənmələr var.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR