Park Cinema-da keçiriləcək VII Avropa kino festivalı çərçivəsində MÜSABİQƏ

Park Cinema-da keçiriləcək VII Avropa kino festivalı çərçivəsində MÜSABİQƏ
13:37 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Park Cinema-da keçiriləcək VII Avropa kino festivalı çərçivəsində müsabiqə elan olunub!

Milli.Az xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard VII Avropa kino festivalı çərçivəsində müsabiqənin elan olunduğunu və qalibin Berlin kinofestivalına yola düşəcəyini elan edib.

Xanım Malena Mard müsabiqədə peşəkar jurnalist və reportyorlarla yanaşı, adi tamaşaçıların da iştirak edə biləcəyini bildirib. "Filmə tamaşa etdikdən sonra jurnalistlər film haqda məqalə və ya esse yazıb onu Avropa İttifaqının Bakı nümayəndəliyinin Facebook səhifəsində paylaşmalıdırlar. Ən yaxşı məqalə və ya essenin müəllifi 2017-ci ilin fevralında baş tutacaq Berlin Festivalına yola düşəcək", - deyə xanm Mard qeyd edib. Bundan əlavə, o bildirib ki, adi tamaşaçılar arasında da ən yaxşı məqalə müəllifini xüsusi mükafat gözləyir.

Noyabrın 3-də start götürəcək VII Avropa kino festivalında Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər və bir Azərbaycan filmi nümayiş olunacaq. Avropa filmləri Avstriya, Belçika, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Hollandiya, Polşa, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyada istehsal olunmuş filmlər təqdim olunacaq.

Festivalın təşkilatçıları Avropa İttifaqının Bakı şəhərindəki Nümayəndəliyi və Park Cinema kinoteatrlar şəbəkəsidir. Seanslara giriş pulsuzdur, biletləri kinoteatrların kassalarından əldə etmək olar. Festival filmlərinə biletlərin üzərində yerlər göstərilməyib, buna görə də seansa bir qədər tez gəlmək məqsədəuyğundur. Nümayiş olunacaq bütün filmlər 2015-2016-cı il istehsalıdır. Filmlər orijinalda olduğu dildə üzərinə ingilis dilində subtitrlər/rus dilində subtitrlər/Azərbaycan dilində subtitrlər əlavə olunmaqla göstəriləcək.
Bu il festival filmləri rekord sayda kinoteatrda nümayiş olunacaq. Əgər əvvəlki illərdə filmlərə yalnız bir kinoteatrda tamaşa etmək mümkün idisə, bu il festival filmləri Park Cinema kinoteatrlar şəbəkəsinin üç kinoteatrında - Park Bulvar və Metropark ticarət-əyləncə mərkəzlərində, eləcə də Flame Towers kompleksində nümayiş olunacaq.

Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda kinoteatrlar şəbəkəsinin 5 kinoteatrı vardır. Bu 13 zalı və 2200-dən artıq kürsüsü olan Park Bulvar, Metropark və açıq səma altında fəaliyyət göstərən Amburan yay kinoteatrı, 2015-ci ildə açılmış 4 zallı 600 kürsülü Park Cinema Zaqulba və 6 zallı 1000 yerlik Park Cinema Flame Tower kinoteatrlarıdır.

Ümumilikdə, şəbəkənin 3500 kürsülü 5 meydançası vardır. Park Cinema Flame Tower kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub - bu Zaqafqaziya bölgəsində bu formatlı ilk kinoteatrdır. Şəbəkənin bütün kinoteatrlarında ən qabaqcıl texnologiyalar, kinoproyeksiya sahəsində dünyanın aparıcı brendlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/485202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR