Sürücü cəriməni belə ödəyəcək (VİDEO)

Sürücü cəriməni belə ödəyəcək (VİDEO)
20:01 5 Yanvar 2015
218 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni ildən “ASAN xidmət” həyatımıza daha bir yeniliyi ilə daxil olur. Bu gündən etibarən dövlətə olan bütün cərimələrin ödənəcəyi “ASAN ödəniş” sistemi işə düşür.

ANS TV-nin məlumatına görə, “ASAN ödəniş” sisteminin yaradılması barədə ölkə prezidentinin ötən ilin əvvəlində imzaladığı fərmana uyğun olaraq artıq bütün işlər tamamlanıb və ilkin pilot layihəyə start verilib. Pilot layihə hazırda fəaliyyət göstərən 7 “ASAN xidmət” mərkəzində xüsusi terminalların quraşdırılmasını nəzərdə tutur. Burda ilk olaraq yol polisinin yazdığı cərimələrin ödənilməsi mümkün olacaq. Qısa müddətindən sonra isə həm “ASAN ödəniş”in əhatə dairəsi, həm də bura qoşulan dövlət qurumlarının sayı artacaq.

“ASAN xidməti”n rəhbəri İnam Kərimovun sözlərinə görə, pilot layihədən sonra əhalinin daha çox olduğu yerlərdə, ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və digər əhalinin sıx olduğu yerlərdə “ASAN terminal”lar quraşdırılacaq: "Bu həmçinin onlayn qaydada mümkün olacaq. Yəni siz internetlə istənilən cəriməni birbaşa ödəyəcəksiniz, heç bir dövlət orqanına müraciət etmədən”.

“ASAN ödəniş” portalında hər bir vətəndaşın şəxsi kabineti yaradılacaq. Bura daxil olmaqla köhnə cərimələr barədə məlumat almaq mümkün olacaq. “ASAN terminal”ların digərlərindən fərqi isə ondan ibarətdir ki, bu aparatlar qəpik də qəbul edir. Gələcəkdə isə hətta bütün bu ödənişləri smartfonlarla etmək mümkün olacaq. Çünki, “ASAN ödəniş” portalının mobil versiyası hazırlanacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR