Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Kürsəngi kənd sakini, 73 yaşlı Ənoğlan Şahbala oğlu Mənsimovu avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralını həmin avtomobilin sürücüsü dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az