Bu avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq

Bu avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq
14:08 1 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirib.

Publika.az xəbər verir ki, monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində 8-ci kilometr bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xəttləri üzrə 10-dan artıq avtobusa baxış keçrilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırdı. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edildi. Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı ayrılıqda aktlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyyələrini verdi. Baş direktor bildirdi ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlnıb. Bununla bağlı nəzərdə tutulan tədbrilər planına əsasən ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb. Növbəti mərhələdə isə avtobusların utilizasiyası həyata keçiriləcək. Bununla da texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobusların sərnişindaşımadan kənarlaşdırılması təmin ediləcək. Baş direktor sürücü-sərnişin münasibətlərində də müəyyən çatışmazlıqların olduğunu vurğuladı.

Sonda Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq etdi ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbrilər görüləcək.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/174313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR