Bakıda faciəvi şəkildə ölən neftçinin ürək dağlayan SÖZLƏRİ - FOTOLENT - YENİLƏNİB

Bakıda faciəvi şəkildə ölən neftçinin ürək dağlayan SÖZLƏRİ  - FOTOLENT - YENİLƏNİB
14:14 1 Noyabr 2016
120 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu günlərdə Bakıda vəfat edən ingilis neftçi Con Frimanın ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Lent.az-ın məlumatına görə, bp şirkətində çalışan və Şahdəniz platformasının istismarında iştirak edən neftçi bir neçə gün əvvəl ürəyindəki şikayətlərlə bağlı xəstəxanaya yerləşdirilibmiş. İki damarında tıxanıqlıq olan 56 yaşlı mütəxəssisin ürəyinə Mərkəzi Klinik Xəstəxanada stend qoyulub və daha sonra o, tək qalmamaq üçün Port Baku-ya - dostunun evinə yerləşib. 

 

Con Friman feysbuk səhifəsində ürəyindəki problemdən də yazıb və ölümündən bir gün əvvəl xəstəxanadan çox mənalı sözlər yazıb. Xəstəxananın pəncərəsindən çəkdiyi foto ilə birgə paylaşdığı statusunda o, həyatın qısa və kövrək olduğunu deyib və insanlara onları sevdiyimizi deməyi istəyib: "Sabahın xeyir, Bakı. Həyatda olmaq yaxşıdır. Tez-tez oynayın və gülün. Həyat qısadır".

 

Bildirilir ki, Conun vəziyyətindən xəbər tutan həyat yoldaşı Bakıya gələrkən yolda ərinin artıq vəfat etdiyini öyrənib.

 

*****

 

31 oktyabr

 

Bakıda xarici ölkə vətəndaşının meyiti tapılıb. Lent.az-ın məlumatına görə, hadisə Port Baku Residence-dəki otaqlardan birində baş verib. Paytaxtda fəaliyyət göstərən xarici neft şirkətlərindən birində işləyən Böyük Britaniya vətəndaşı, 1960-cı il təvəllüdlü Con Holsted Friman öz otağında hələlik dəqiqləşməmiş səbəbdən vəfat edib. Onun üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

 

Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR