Bakıda beynəlxalq İKT sərgi-konfransı keçiriləcək

Bakıda beynəlxalq İKT sərgi-konfransı keçiriləcək
14:17 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 29-dan dekabrın 2-dək XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) Sərgi-Konfransı keçiriləcək. 
“Report”un məlumatına görə, “Bakutel” sərgisi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəyi ilə baş tutacaq.
Tədbirin digər dəstəkçiləri isə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Sərgi Sənayesi Assosiasiyasıdır. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləri çıxış edirlər.
Məlumata görə, builki sərgidə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Avstriya, İran, Belarus, Xorvatiya, İsrail, Ukrayna və digər ölkələr mili pavilyonla təmsil olunacaq: "İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alıb. Ənənəvi olaraq sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Həmçinin, Nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllər göstəriləcək".
Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmləşdirilməsi”, “Google art project” layihələrinin təqdimatı, start-apların geniş iştirakı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayiət olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakida-beynelxalq-i-kt-sergi-konfransi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR