Oğru qruplaşmasına hökm oxundu - İkisi gürcüdür

Oğru qruplaşmasına hökm oxundu - İkisi gürcüdür
14:27 1 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilənlər İrakli Bujalava, Gelandiya Zaza və Ramil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İ.Bujalava 12 il, G.Zaza 10 il, R.Bayramov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, adıçəkilən şəxslərdən ibarət cinayətkar qruplaşma Bakıda mağazalardan və mənzillərdən silsilə oğurluqlar törətməkdə təqsirləndirilirlər. Onlar Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə ittiham olunublar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR