Serj Sarqisyan hakimiyyəti təhvil vermək istəmir

Serj Sarqisyan hakimiyyəti təhvil vermək istəmir
14:37 1 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan 2018-ci ilin aprelinədək səlahiyyətlərini icra edəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Aparatının rəhbəri Armen Gevorkyan noyabrın 1-də parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə keçiriləcək parlament seçkilərindən sonra tətbiq olunacaq yeni idarəetmə sistem S.Sarqsyanın səlahiyyətləinin icrasına mane olmayacaq: “Bununla barışmaq lazımdır”.
A.Gevrokyan bunun qanuni yolunun necə olduğunu açıqlamayıb.
Qeyd edək ki, 2015-ci il dekabrın 6-da keçirilən konstitusiya islahatı ilə bağlı referendumda Ermənistan parlamentli sistemə keçib. 2017-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan parlament seçkisindən sonra ölkədə parlamentin və hökumətin səlahiyyəti artırlacaq. Bu halda prezident kimi S.Sarqsyanın da səlahiyyəti vaxtından qabaq başa çatmalıdır. Çünki qəbul edilən konstitusiya dəyişikliyinə əsasən, prezidenti parlament seçməlidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/serj-sarqisyan-hakimiyyeti-tehvil-vermek-istemir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR