Politoloqu "Birinci kanal"da döydülər

Politoloqu "Birinci kanal"da döydülər
15:05 1 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

"Birinci kanal"ın "Zaman göstərər" tok-şousunun efirində fasilə zamanı ukraynalı politoloq Vyaçeslav Kovtunun üzünə zərbə vurublar. 

Mill.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə reklam fasiləsindən sonra aparıcı Artyom Şeynin bildirib.

O, Kovtunu kimin vurduğunu dəqiqləşdirməyib, amma ondan zaldakı tamaşaçılar qarşısında üzr istəyib. 

"Reklam fasiləsi zamanı dava baş verdi, sizi vurdular. Bu, doğru deyil, yolverilməzdir, sizdən üzr istəyirəm. Amma mən bu emosiyaların Ukraynada tüğyan edən cəfəngiyyatdan irəli gəldiyini təkid edirəm, bu emosiyaları burada müzakirə etməli, bütün şeytanları üzə çıxarmalıyıq", - Şeynin deyib. 

Daha öncə efirlərin birində Kovtun ukraynalı jurnalist Yuri Kotdan da zərbə almışdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR