Jirinovski: "Tramp lap mənim tayımdır, təkcə pulu çoxdur..."

Jirinovski: "Tramp lap mənim tayımdır, təkcə pulu çoxdur..."
15:12 1 Noyabr 2016
120 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski hesab edir ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp eynən onun özüdür. Tək bir fərqi var ki, o da puludur.

"O özü bildirib ki, eynən mənə oxşayır. Tam müstəqillik və seçki kampaniyasını öz texnologiyası ilə aparması. O, imicmeykerlər dəvət etməyib, muzdla kuklaoynadanlar tutmayıb", - Milli.Az virtualaz-a istinadən bildirir ki, Jirinovski deyib.

Rusiyalı ekstravaqant siyasətçi bildirir ki, Tramp da onun kimi "kağıza baxmadan" danışır, habelə amerikalı siyasətçinin miqrantlara qarşı mübarizə barədə fikirləri onun fikirləri ilə üst-üstə düşür. "Bizim aramızda cəmi bir fərq var. Mən milyarder deyiləm", - Jirinovski əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR