"CinemaPlus"da "Halloween" festivalı keçirildi - FOTO

"CinemaPlus"da "Halloween" festivalı keçirildi - FOTO
15:17 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Premium kinoteatr "CinemaPlus" 28 Mall payızın rəngarəng bayramlarından olan "Halloween"də təbilçilərin musiqi şousunun müşayiəti altında mistik personajların və superqəhrəmanların maskarad festivalını keçirib.

Milli.Az xəbər verir ki, bütün dünyada məşhur olan bu maraqlı və orijinal bayramda "CinemaPlus" Ganjlik Mall və 28 Mall kinoteatrlarının foyeləri qorxulu - xoş dekorasiyalar ilə bəzədilmişdi. Qonaqlar qurulmuş Halloween atmosferindən məftun oldular, xatirə şəkilləri və şən selfilər etdilər, həmçinin böyük həvəslə maskarad festivalına qoşuldular.

Amapola Exclusive Events şirkətinin dekorçular komandasına xüsusi təşəkkürlər.

"CinemaPlus" kinoteatrı hər zaman sizə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Milli.Az








































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR