"Klubunu dəyişmək Messinin hüququdur"

"Klubunu dəyişmək Messinin hüququdur"
15:22 1 Noyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın prezidenti Xosep Bartomeu "Mançester Siti"nin bəzi əməkdaşlarının Lionel Messini transfer etmək arzusuna münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon funksioner bunları deyib:

""Mançester Siti" tərəfdən Messi ilə bağlı atmacalar məni özümdən çıxarmır. Klubu dəyişmək istənilən futbolçu, o cümlədən Messinin hüququdur. Onun "Barselona" ilə müqaviləsi 2018-ci ildə başa çatır. Messi digərlərini xeyli geridə buraxmaqla dünyada ən yaxşı futbolçudur. Bilmirəm, gələcəkdə nə olacaq. Amma həmişə çalışacağıq ona başa salaq ki, dünyanın ən yaxşı klubunda oynayır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR