Komandan: "Kobani bir neçə gün içində "İŞİD"dən tam təmizlənəcək"

Komandan: "Kobani bir neçə gün içində "İŞİD"dən tam təmizlənəcək"
20:05 5 Yanvar 2015
140 Dünya
Ölkə mətbuatı
A- A+

Kobanidə döyüşən iraqlı kürd peşmərgə qüvvələrinin komandanı Şövkət Mizuri şəhərin 90 faizini “İslam Dövləti” (İŞİD) qruplaşmasından azad etdiklərini bildirib.

APA-nın “Vatan” qəzetinin saytına istinadən verdiyi məlumata görə, yerli kürd qruplaşması YPG və peşmərgə qüvvələri tərəfindən bu gün İzaa məhəlləsinin də təmizləndiyini deyib. O qeyd edib ki, şəhərin çox az hissəsi “İŞİD”in əlində qalıb, həmin ərazilər də bir neçə gün içində azad ediləcək.

Xatırladaq ki, Kobanidə artıq 4 aydır “İŞİD” və kürd silahlı birləşmələri arasında döyüşlər gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR