"Kürəkənimə ev, maşın..." - Mətanət İsgəndərli

"Kürəkənimə ev, maşın..." -  Mətanət İsgəndərli
15:26 1 Noyabr 2016
423 Şou
Ölkə mətbuatı
A- A+

“Kürəkənimə nə ev, nə maşın alaram. Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Mətanbət İsgəndərli deyib.

“5/5” verilişinə qonaq olan müğənni bildirib ki, kürəkəninə heç vaxt bahalı hədiyyələr verməz:

"Elə kürəkən ailənin qədrini bilməz. Mənim təcrübəm var, beləsin görmüşəm. O kürəkən heç kimə dəyər verməz".

M.İsgəndərli avtomobil idarə edə bilmədiyini söyləyib:

“Maşın sürə bilmirəm, sürücü ilə gəzirəm. Həyatda ən böyük arzum maşın sürməkdir”.

Qeyd edək ki, M.İsgəndərlinin bir oğlan, bir qız övladı var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR