Azərbaycan Universitetinin tələbəsi piyada keçidində yıxılaraq ağır xəsarət alıb

Azərbaycan Universitetinin tələbəsi piyada keçidində yıxılaraq ağır xəsarət alıb
15:32 1 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda universitet tələbəsi yeraltı piyada keçidində yıxılaraq ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, Azərbaycan Universitetinin üçüncü kurs tələbəsi 19 yaşlı Əhmədova Şəbnəm Telman qızı dərsdən evə gedən zaman Şəmsi Bədəlbəyli küçəsindəki yeraltı piyada keçidindən istifadə edib. Yağışlı hava şəraiti olduğundan o, pilləkənlərdən sürüşərək aşağıya yıxılıb.
Nəticədə Ş.Əhmədova kəllə-beyin və bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən Ş.Əhmədovanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycan-universitetinin-telebesi-piyada-kecidinde-yixilaraq-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR