18 ildir ailəsi onu axtarır…

18 ildir ailəsi onu axtarır…
15:37 1 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz 18 ildir ki, bibim oğlundan xəbər ala bilmirik. Əlamətləri uyğun gəldiyi üçün həmin şəxsin qohumumuz olduğuna ümid edirik.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Əsgərlikdən yayınıb 18 il axtarışda olan azərbaycanlı tapıldı" başlıqlı yazıda haqqında danışılan şəxsin qohumu ola biləcəyini düşünən Amal Bağırova deyib.

Onun sözlərinə görə, qohumu 1998-ci ildən Rusiyaya gedib və 18 ildir ki, ondan xəbər yoxdur: "Xüsusilə də, o da əsgərlikdən yayınıb. Rəqəmlərə, əlamətlərə görə onun qohumumuz Muxtar Çingiz oğlu Fərhadov olduğunu düşünürük".

Amal Bağırova aidiyyəti qurumlardan hazırda Rusiyada həbsdə olan həmin şəxslə görüşmək üçün yardım istədiklərini qeyd edib.

Xatırladaq ki, hazırda həbs olunan şəxs Rusiya hüquq-mühafizə orqanları tərəfindən 18 ildir ki, axtarışda olub. Hazırda Ustyujinsk rayonundakı 20 nömrəli cəzaçəkmə müəssisəsindədir və Rusiya tərəfi cəzasını çəkdikdən sonra azərbaycanlının vətəninə ekstradisiya olunacağını elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR