Azərbaycan karateçilərinin dünya çempionatındakı çıxışı müzakirə olunub

Azərbaycan karateçilərinin dünya çempionatındakı çıxışı müzakirə olunub
15:37 1 Noyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində Azərbaycan karateçilərinin Avstriyanın Lints şəhərindəki dünya çempionatında çıxışına həsr olunmuş mətbuat konfransı keçirilib.
"Report"un məlumatına görə, tədbirdə çıxış edən nazir müavini İsmayıl İsmayılov 1 qızıl, 1 gümüş və 1 bürünc medalı yüksək nəticə adlandırıb. O, nazir Azad Rəhimov adından karateçilərə və federasiya prezidenti Yaşar Bəşirova təbriklərini çatdırıb. 
İ.İsmayılov komanda kumite yarışında bürünc medal görüşündə Fransaya hakim haqsızlığı üzündən məğlubiyyətə toxunaraq, belə halların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da müşahidə olunduğunu vurğulayıb. O, karatenin olimpiada proqramına daxil edilməsini düzgün addım adlandıraraq, bu qərarın Azərbaycan təmsilçilərinin "Tokio-2020"də daha yüksək nəticə göstərmələrinə şərait yaradacağına inam ifadə edib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan karateçilərindən Rafael Ağayev qızıl, Ayxan Mamayev gümüş, Firdovsi Fərzəliyev isə bürünc medal qazanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycan-karatecilerinin-dunya-cempionatindaki-cixisi-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR