Bakıda faciəvi şəkildə ölən neftçinin ürək dağlayan sözləri - FOTO

Bakıda faciəvi şəkildə ölən neftçinin ürək dağlayan sözləri - FOTO
15:57 1 Noyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Bakıda vəfat edən ingilis neftçi Con Frimanın ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bp şirkətində çalışan və Şahdəniz platformasının istismarında iştirak edən neftçi bir neçə gün əvvəl ürəyindəki şikayətlərlə bağlı xəstəxanaya yerləşdirilibmiş. İki damarında tıxanıqlıq olan 56 yaşlı mütəxəssisin ürəyinə Mərkəzi Klinik Xəstəxanada stend qoyulub və daha sonra o, tək qalmamaq üçün Port Baku-ya - dostunun evinə yerləşib. 

Con Friman Feysbuk səhifəsində ürəyindəki problemdən də yazıb və ölümündən bir gün əvvəl xəstəxanadan çox mənalı sözlər yazıb. Xəstəxananın pəncərəsindən çəkdiyi foto ilə birgə paylaşdığı statusunda o, həyatın qısa və kövrək olduğunu deyib və insanlara onları sevdiyimizi deməyi istəyib: "Sabahın xeyir, Bakı. Həyatda olmaq yaxşıdır. Tez-tez oynayın və gülün. Həyat qısadır".
 
Bildirilir ki, Conun vəziyyətindən xəbər tutan həyat yoldaşı Bakıya gələrkən yolda ərinin artıq vəfat etdiyini öyrənib.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/485254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR