Kino avadanlıqları gömrük rüsumlarından azad edilə bilər

Kino avadanlıqları gömrük rüsumlarından azad edilə bilər
15:57 1 Noyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxal zamanı gömrük rüsumlarından azad edilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyilib ki, "Gömrük tarifi haqqında" qanuna təklif edilən yeni əlavəyə görə, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad ediləcəklər.

Vergi Məcəlləsinə təklif edilən yeni maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddırlar.

Vergi Məcəlləsinə təklif edilən digər maddəyə görə, milli film istehsalçılarının müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR