Mosuldan SON XƏBƏR: Bacardılar

Mosuldan SON XƏBƏR: Bacardılar
16:03 1 Noyabr 2016
159 Dünya
Ölkə mətbuatı
A- A+

İraq ordusu Mosul əməliyyatının 16-cı günündə İŞİD-in müdafiə xətini yararaq şərq istiqamətindən şəhərə girib.

Publika.az xəbər verir ki, bu haqda “Associated Press” (AP) agentliyinə İraq ordusunun generalı Sami Aridi bildirib.

General İŞİD üzvlərinin yerə döşədikləri minaları partladaraq İraq ordusunu dayandırmağa çalışdığını deyib. Şiddətli döyüşlərin getdiyi cəbhədə olan BBC müxbiri xüsusi təyinatlıların güclü müqavimətlə qarşılaşdığını qeyd edib.

Türkiyənin “Anadolu” agentliyi isə ordu birliklərinin zirehli texnika ilə Kokceli məhəlləsinə çatdığını xəbər verib. “Rudaw” saytı İraq ordusunun məhəllədəki keçmiş televiziya binasını almağa çalışdığını bildirib.

Koalisiyaya aid döyüş təyyarələri bölgə üzərində fasiləsiz uçuşlar həyata keçirir. “Reuters” agentliyi isə əllərində ağ bayraqlar olan vətəndaşların cəbhə xəttinə çox yaxın yerləşən Bazvaya kəndindən qaçdığını xəbər verib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR