Dağıstan Azərbaycana torpaq TƏKLİF ETDİ

Dağıstan Azərbaycana torpaq TƏKLİF ETDİ
16:05 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dağıstan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün azərbaycanlı sahibkarlara icarə əsasında torpaq verməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu VII Azərbaycan-Rusiya regionlararası forumunda Dağıstan prezidenti Ramazan Abdulatipov deyib.

R.Abdulatipov bildirib: "Əgər azərbaycanlı sahibkarların Dərbənddə torpaq icarəyə götürərək kənd təsərrüfatı məhsulları yetişdirmək imkanı varsa, niyə də bu imkandan istifadə olunmasın?"

Dağıstan prezidenti bu üsulun kənd təsərrüfatı məhsullarının Azərbaycanda istehsal olunaraq Rusiyaya göndərilməsindən daha məqsədəuyğun olacağını bildirib.

Qeyd edək ki, bu gün Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu işə başlayıb. Forum çərçivəsində iki ölkə arasında 12 sənəd imzalanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR