Çökən yolun bərpasına başlanıldı

Çökən yolun bərpasına başlanıldı
16:17 1 Noyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 31-də axşam saatlarında Cəlilabad rayonunun Albalan-Xəlilli avtomobil yolunda qeydə alınan çökmə aradan qaldırılır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib. Onun sözlərinə görə, hazırda əraziyə texnika və canlı qüvvə cəlb olunub. Problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkətində hər hansı məhdudiyyət yoxdur.

Qeyd edək ki, baş vermiş çökmə nəticəsində adıçəkilən yolun ayrı-ayrı hissələrində asfalt qatı dağılaraq dərəyə doğru aşıb. Yolun kənarlarında və orta hissələrində dərin çatlar əmələ gəlib. Sürüşmə nəticəsində bəzi yerlərdə yoldan keçid də daralıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR