Abort və ölüm cəzası referenduma çıxarılır

Abort və ölüm cəzası referenduma çıxarılır
17:03 1 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

“Edam cəzasının bərpası və abortun qadağan edilməsi referenduma çıxarılmalıdır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Britaniya Müstəqillik Partiyasının (UKIP) liderlərindən olan Paul Nuttall “Sky News” telekanalına açıqlamasında deyib.

O, xalqın müəyyən hissəsinin dəstək verəcəyi halda, məsələnin referenduma çıxaracağına söz verib.

“Uşaq qatillərinə qarşı edam cəzasının lazım olduğuna dair inancım həmişə olub. İngilis xalqının əksəriyyəti də belə düşünür”, - siyasətçi bildirib.

UKIP Britaniyada iyunun 23-də keçirilən referendumda krallığın Avropa Birliyindən çıxması üçün aparılan kampaniyada əsas güc idi. Paul Nuttall noyabrın 28-də partiya sədrliyinə keçiriləcək seçkilərin favoriti hesab olunur.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR