5 qat dünya çempionumuz: "Yaş olimpiadada yüksək nəticə göstərməyimə mane olmayacaq"

5 qat dünya çempionumuz: "Yaş olimpiadada yüksək nəticə göstərməyimə mane olmayacaq"
17:05 1 Noyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu, təkcə bizim deyil, Azərbaycanın qələbəsidir. Öz Vətənimizə borcumuzu verdik. 

Milli.Az report-a istinadən bildirir ki, bunu karate üzrə 5 qat dünya çempionu Rafael Ağayev Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bundan sonra da başlarını aşağı salıb çıxışlarını davam etdirəcəklər: "Dünya çempionatında zəif rəqib olmur. Sonuncu dəfə 2010-cu ildə dünya çempionu olmuşdum. Sonradan hakim qərarı ilə uduzmuş və daha sonra zədə üzündən çempionatdan kənarda qalmışdım. Tokio olimpiadasında 35 yaşım olacaq. Hesab etmirəm ki, bu, mənim olimpiadada yüksək nailiyyət göstərməyimə mane olacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR