SOCAR Ceyhan limanından ixracı 16% artırıb

SOCAR Ceyhan limanından ixracı 16% artırıb
17:12 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 669 743 ton xam neft ixtac edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu, limandan ötən ay ixrac əvvəlki ilin müvafiq ayından 16% çox olub.
Ümumilikdə, yanvar-oktyabr ayları ərzində Ceyhan limanından 13 992 213 ton xam neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 3,8% azdır.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-ceyhan-limanindan-ixraci-16-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR