Türkiyə İraqla sərhədə qoşun yığır

Türkiyə İraqla sərhədə qoşun yığır
17:17 1 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri ölkənin cənub-şərqində, İraqla sərhəddə yerləşən Şırnak vilayətinə hərbi texnika yeridib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paytaxt Ankaradan Şırnakın Silopi şəhərinə çoxlu sayda tank və ağır artilleriya daxil olub.

Qoşunların İraqın Mosul şəhərində davam edən əməliyyatlarla bağlı bölgəyə yeridildiyi bildirilir. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə qoşunlarının Mosulun İŞİD-dən azad olunması ilə bağlı əməliyyatlara qoşula biləcəyini demişdi.

Silopi Mosuldan 110 kilometr şimalda yerləşir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR