“Qəbələ”nin forvardı Messini geridə qoydu

“Qəbələ”nin forvardı Messini geridə qoydu
17:38 1 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın milli çempionatlarının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Bombardirlər orta hesabla hər qola neçə dəqiqə sərf etməsinə əsasən qiymətləndirilib.

Publika.az xəbər verir ki, "Qəbələ"nin hücumçusu Baqali Dabo ən effektli bombardirlərin siyahısında liderdir. Azərbaycan Premyer Liqasında 7 qolla bombardir olan fransalı futbolçu buna meydanda olduğu 452 dəqiqə ərzində nail olub.

Dabo orta hesabla hər 64 dəqiqəyə 1 qol vurur. O, bu göstəriciylə Lionel Messi, Edin Dzeko, Edison Kavani kimi futbolçuları qabaqlayır:

1. BAQALİ DABO ("QƏBƏLƏ", AZƏRBAYCAN) - orta hesabla 64 dəqiqə

2. Klaudiu Keşeru ("Ludoqorets", Bolqarıstan) - 68 dəqiqə

3. Antoni Modest ("Köln", Almaniya) - 70 dəqiqə

4. Mussa Mareqa ("Gimaraynş", Portuqaliya) - 70 dəqiqə

5. Edison Kavani (PSJ, Fransa) - 77 dəqiqə

6. Lionel Messi ("Barselona", İspaniya) - 82 dəqiqə

7. Mett Derbişir ("Omoniya", Kipr) - 82 dəqiqə

8. Edin Dzeko ("Roma", İtaliya) - 88 dəqiqə

9. Saba Lobjanidze ("Çixura", Gürcüstan) - 88 dəqiqə

10. Deni Alar ("Şturm", Avstriya) - 89 dəqiqə

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR