Erməni nazir: "Seçki məntəqələrində veb-kameraların yerləşdirilməsinə maliyyə vəsaiti çatışmaya bilər”

Erməni nazir: "Seçki məntəqələrində veb-kameraların yerləşdirilməsinə maliyyə vəsaiti çatışmaya bilər”
17:57 1 Noyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ “Seçki məntəqələrində veb-kameraların yerləşdirilməsinə maliyyə vəsaiti çatışmaya bilər”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hökumət aparatının rəhbəri, nazir David Arutyunyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
“Erməni Milli Konqresi” fraksiyasının başçısı Levon Zurabyan parlamentdəki çıxışında deyib ki, hakimiyyət 2017-ci ildə keçiriləcək parlament seçkilərində məntəqələrdə veb-kameraların yerləşdirilməsindən imtina etmək istəyir.
Qeyd edək ki, 2017-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə 5,3 milyon dollar həcmində maliyyə vəsaiti ayırılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR