Şimali İrlandiya millisinin baş məşqçisi Azərbaycanla oyun barədə danışıb

Şimali İrlandiya millisinin baş məşqçisi Azərbaycanla oyun barədə danışıb
18:22 1 Noyabr 2016
109 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycan yığması ilə oyun çox ağır olacaq".
"Report"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil noyabrın 11-də Belfastda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yerli Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan yığmasının seçmə mərhələyə yaxşı başladığını xatırladıb: "Rəqib bir top belə buraxmadan 9 mümkün xaldan 7-ni toplayıb. Onlar hücum futbolu sərgiləyən yox, mütəşəkkil çıxış edən komandadır. Əvvəlki 3 oyununa baxdıqda, Azərbaycan millisi ilə qarşılaşmanın çox çətin keçəcəyini gözləyirik".
Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Britaniyalıların ilk 3 turdan sonra 4 xalı var.  

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/simali-i-rlandiya-millisinin-bas-mesqcisi-azerbaycanla-oyun-barede-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR