Şəhid zabitimiz İlqar Verdiyevin anası: "Problem gələcəkdə olacaq..." - FOTO

Şəhid zabitimiz İlqar Verdiyevin anası: "Problem gələcəkdə olacaq..." - FOTO
18:32 1 Noyabr 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün komandiri, Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, şəhid İlqar Tapdıq oğlu Verdiyevin ailəsi artıq 5-ci ildir ki, oktyabrın 31-də onun doğum gününü onsuz qeyd edir...

Şəhid İlqar Verdiyevin anası Rəna Verdiyevanın Milli.Az-a müsahibəsi:

- Necə oldu ki, İlqar Müdafiə Nazirliyinin özündə xidmətə cəlb olundu? Onu ora kim gətirdi?

- Yadımda qalan odur ki, o, Türkiyədə təhsil alıb gələndən sonra Səngəçaldakı hərbi hissələrdən birinə təyinat almışdı. Orada bir müddət xidmət edəndən sonra Müdafiə Nazirliyinə ezam olundu. Ezamiyyətdə olduğu 2-3 ay müddətində işlə əlaqədar mətbuat xidmətinin rəisi Ramiz Məliklə hansısa ünsiyyəti olub. Yəqin ki, Ramiz müəllim də onun bacarığını görüb öz yanına cəlb etmişdi. Çünki o vaxt kompüteri, eyni zamanda ingilis, türk və rus dillərini bilənlər az idi. O da rəhbərlik qarşısında məsələ qaldırmışdı ki, İlqar nazirlikdə qalıb işləsin. Onun Müdafiə Nazirliyində işləməsinin başqa heç bir səbəbi yoxdur.

- Bildiyimə görə, İlqarın öz ixtisası istehkamçı-mühəndis idi. Mətbuat xidməti isə tam fərqli bir sahədir. Amma buna baxmayaraq, İlqar qısa zaman ərzində bütün jurnalistlərin sevimlisinə, dostuna çevrilə bilmişdi. Necə oldu ki, o, həm rəhbərlik qarşısında, həm də jurnalistlər arasında bu cür hörməti qazana bildi? Bu barədə evdə nəsə danışırdımı?

- O, sadəcə, hamını özü kimi bilib ona eləcə insantək yanaşırdı. O, hamını düzgün dəyərləndirirdi. Yəqin ki, o, bu hörməti, bu adı bacarığına, insanlığına, mərdliyinə görə qazanıb. Yəqin ki, bu suala jurnalistlərin özləri daha yaxşı cavab verər. Ona heç kimin kənardan köməyi olmayıb. O, hər şeyi öz məsuliyyəti, savadı və bacarığı sayəsində qazanıb.

- Heç olubmu ki, o hərbi məktəbdə oxuduğu müddətdə və ya orduda, nazirlikdə olduğu illərdə xidmətdə baş verənlərdən gəlib danışsın, nədənsə gileylənsin?

- Yox, heç vaxt. O, həmişə yaxşı mənada danışıb. O, öz sənətini, peşəsini sevirdi. Hətta İlqar Ankarada oxuduğu vaxtda bizə belə bir övlad yetişdirdiyimizə görə təşəkkür məktubu göndərmişdilər. Onun qayəsi yalnız yaxşılıq idi. Nə qazanmışdısa, bunun sayəsində olmuşdu.

- Nazirlikdə nə qədər xidmət etdi?

- O, Səngəçaldan qısa müddət sonra Nazirliyə çağırıldı, ta ki 2008-ci ilə qədər. Yəni 10 ildən də çox.

- Bəs necə oldu ki, birdən-birə nazirlikdə tutduğu vəzifəsindən azad edilərək xidmətini davam etdirmək üçün birbaşa cəbhə xəttinə göndərildi?

- Bu haqda jurnalistlər çox yazıblar. Biz yalnız mətbuatdan oxuduq ki, İlqar Murovdağa niyə göndərilib. Bilmirəm, nəyə görə, necə...

- Bu barədə məlumatınız yoxdur, yoxsa danışmaq istəmirsiz?

- O vaxt, həqiqən də, bizim heç nədən məlumatımız yox idi. Biz nazirlikdən soruşduq ki, niyə onu Murovdağa göndərdiniz? Yazdılar ki, guya rotasiya qaydasında göndərilib. Amma məni bircə narahat edən odur ki, əgər İlqar rotasiya qaydasında göndərilmişdisə, niyə onun rütbəsi mayordan kapitana endirilmişdi? Məgər hərbçi rotasiya ilə harasa göndəriləndə onun rütbəsi aşağı salınır? O vaxt biz nazirlikdən bu suala heç cür cavab ala bilmədik, elə indiyədək də dəqiq bilmirik.

 - Bəlkə kiminləsə sözü düz gəlməyib, kiminsə onunla qəsd-qərəzliyi olub? Mətbuatda yazılırdı ki, İlqar Verdiyevin vəzifəsindən azad edilməsində, rütbəsinin aşağı salınaraq "Murov"a göndərilməsində o zamankı mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun xüsusi "əməyi" olub. Bu doğrudurmu?

- Əgər mətbuatda belə yazılıbsa, yəqin ki, elədir. İlqar özü bizə heç nə demirdi. O, cəbhə bölgəsinə gedəndən sonra bunların hamısını mətbuatdan oxuduq.

- Bəs cəbhə bölgəsinə təyinat alanda İlqar özü bunu sizə necə izah elədi?

- Səhv etmirəmsə, həmin vaxt onu Pereküşkülə, deyəsən, NATO-nun hansısa tədbirinə göndərmişdilər. Oradan gələn kimi dedi ki, məni cəbhəyə göndərirlər. Dedik ki, niyə belə? Dedi ki, özüm də bilmirəm. Deyiblər ki, bu gecə təcili çıxmalısan, sabah da səhər Naftalanda olmalısan. O gedəndən sonra yavaş-yavaş mətbuatda bunun səbəbini yazmağa başladılar. Biz də ondan sonra bildik. Özü isə heç nə demədi. İlqardan söz almaq çətin idi.

- Bəs cəbhə xəttində xidmətdə olduğu dövrü necə keçdi?

- Düzdür, əvvəl ona bir az çətin oldu, ağır gəldi. Çünki özündə məsuliyyət hiss edirdi. Deyirdi ki, artıq 15 ildir ki, ixtisasımdan praktik olaraq uzaqlaşmışam. İndi isə uşaqları, əsgərləri öyrətmək lazımdır. Amma Allaha şükür, onu da bacardı, öhdəsindən gəldi. Əsgərləri də bu günədək onun qəbrini ziyarət edirlər, yad edirlər. Yəni İlqar cəbhədə də özünə hörmət qazandı. O, 4 il yarım komandir oldu. Orada da əsgərləri üçün hər cür şərait yaratdı, əlindən gələni etdi. Həmin əsgərlər indi də onun hörmətini saxlayır, unutmurlar.

Övladım olduğu üçün demirəm, amma deyilənə görə, hamı İlqar haqqında yüksək fikirdədir. Sadəcə, o, haqsızlığı qəbul edə bilmirdi... Məni həm də ən çox yandıran odur ki, onun rütbəsi aşağı salındı. O, mayor rütbəsini əməyi, zəhməti, qüsursuz xidməti ilə qazanmışdı. Bəs vəzifəsini dəyişəndə niyə rütbəsini aşağı saldılar? Bu sualın cavabını hələ də ala bilmirik... Təbii ki, indi onun rütbəsinin geri qaytarılmasının heç kimə xeyiri yoxdur. Çünki adam, onsuz da, həyatda yoxdur. Amma onun övladları gələcəkdə fəxr edəcəklər ki, atası Vətən uğrunda şəhid olub, rütbəsi mayor olub. Amma həm də sual edəcəklər ki, bəs niyə mayorluqdan kapitanlığa düşüb? Axı buna tutarlı bir səbəb, hansısa bir ciddi nöqsanı olmalı idi. Amma hamı bunun üstündən sükutla keçdi. Nəticədə rütbəsi bərpa edilmədi, kapitan rütbəsində də şəhid oldu...

- İlqar cəbhə bölgəsinə göndəriləndə ailəsi, uşaqları bunu necə qəbul elədi?

- Təbii ki, uşaqlar darıxırdılar. Hər uşaq istəyər ki, atası yanında olsun. Yaxşı ki, hər gün əlaqə saxlayıb danışırdılar. İndi də mən digər şəhidlərimiz barəsində oxuyanda, onların körpə uşaqlarının atasının qəbri üstündə şəkillərini görəndə ürəyim parçalanır. Amma nə edək? Həyat belədir...

- İlqarın, məncə, 2 oğlu var, bir qızı da övladlığa götürüb, eləmi?

- Bəli. Oğlanları Kamran və Orxandır, qız isə Əminədir. Kamran və Əminə 8-ci sinifdə oxuyur, Orxan isə 5-ci. Əminə baldızının qızıdır. Onun atası da, anası da dünyasını dəyişdikləri üçün İlqargil onu övladlığa götürdülər.

- Bəs uşaqlar indi atası haqqında nə danışır və ya nə soruşurlar?

- Düzü, onlarla bu barədə heç vaxt söhbət olmur. Onlar danışmırlar, biz də o barədə söhbət eləmirik. Çünki anası icazə vermir ki, birdən bu, uşaqlara psixoloji cəhətdən pis təsir etməsin, ruhdan düşməsinlər. Yəqin ki, bunu ona görə edir ki, yəni uşaqların atası hələ də yaşayır...

- Yaşasaydı, indi İlqarın 41 yaşı olacaqdı...

- Bəli. Artıq 4 il yarımdır ki, o, bizimlə yoxdur... Hadisədən sonra 5 gün komada yaşadı, amma ayılmadı. Mina partlayan vaxtı onun yanında olanlar dedilər ki, o, gözünü bircə dəfə açıb gülə-gülə dedi: "Əsgərlər salamatdırmı, yaxşıdırlarmı?" Görünür, o, öz vəziyyətini artıq bilirdi, amma əsgərlərinə görə narahat idi. Ondan əvvəl bir dəfə bunlar bir partlamış qumbaraya tuş gəliblər. İlqar özünü qabağa verib, üzqırxan ülgüclə onu zərərsizləşdirib ki, təki əsgərlərə heç nə olmasın. O, belə insan idi... 

- İlqarın xidmət yoldaşlarından gedib-gələn, axtaran varmı?

- Bəli, onun ad günündə, kurs yoldaşları, xidmət yoldaşları Şüvəlan qəbiristanlğındakı məzarının üstünə gəlirlər, gül gətirirlər. Bu dəfə bayraq da qoyublar, sağ olsunlar. Özü də heç bizim xəbərimiz olmadan. Biz özümüz də bayrağı ildə iki dəfə dəyişirik. Həmişə gəlib görürük ki, güllər qoyulub, amma heç bilmirik ki, kim gətirib. Yəni İlqarı yaddan çıxarmırlar, qəbrini daim ziyarət edirlər. Mənə belə gəlir ki, bu, hər bir komandirə, hərbçiyə nəsib olmur.

- Bizim tanıdığımız İlqar gülərüz, zarafatcıl insan idi. Bəs evdə necə olurdu?

 - Evdə də elə idi. Ümumiyyətlə, ünsiyyəti tez quran adam idi və hər bir şeyi yerində həll etməyi bacarırdı.

- Adətən hər kəsin arzusu, gələcəyə dair planları olur. İlqarın arzusu, istəyi nə idi?

- Onun planları çox idi. İlqar heç vaxt vəzifə haqqında düşünmürdü. O, həmişə deyirdi ki, uşaqlarımı oxutduracam, savadlı edəcəm. İstəyirdi ki, uşaqları Vətəninə, dövlətinə, xalqına yararlı övlad olsun. Ancaq bunun üçün çalışırdı... O, həm yaxşı qardaş, həm gözəl övlad, həm gözəl ata və həyat yoldaşı idi. Qayınatası, qayınanasının da övladı sayılırdı.

- Hazırda ailənizin hər hansı maddi çətinliyi yoxdur ki?

- Yox. Allaha çox şükür ki, ciddi problemimiz yoxdur. Pensiya alınır, uşaqların anası işləyir. O barədə problem yoxdur. Problem gələcəkdə, uşaqlar böyüyəndə, ata axtaranda, onlara ata lazım olanda olacaq... 

Qeyd: Verdiyev İlqar Tapdıq oğlu 1975-ci il oktyabrın 31-də Bakıda anadan olub. Uşaqlıqdan hərbçi olmaq arzusunda olan İlqar 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına liseyə daxil olub. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra məktəbdən imtina edib. Lakin 1992-ci ildə əmisi oğlu Xəlil Verdiyevin Qarabağda şəhid olması xəbərini alandan sonra yenidən orduya qayıtmaq qərarına gəlib. O, 1992-ci ildə Türkiyənın paytaxtında Kara Harb Okulunda təhsil almaq üçün göndərilən ilk hərbçilərdən olub. Azərbaycana qayıtdıqdan sonra istehkamçı mühəndis kimi bir neçə hərbi hissədə xidmət edib. Orada təhsil alarkən ingilis dilinə və kompüter proqramlarına mükəmməl yiyələnib. Qazandığı biliklər onu Müdafiə Nazirliyinə, qurumun mətbuat xidmətinə gətirilməsinə səbəb olur. O, qısa zaman ərzində jurnalistlərin dostuna çevrilir.

Hətta 4 ilə yaxın müddətdə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsini icra edib.

Hərbi xidmət illərində "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" üçüncü dərəcəli medalı ilə təltif edilib.

Uzun müddət nazirlikdə çalışdıqdan sonra mayor İlqar Verdiyev 2008-ci ildə naməlum səbəblərdən rütbəsi aşağı salınmaqla, kapitan kimi cəbhə bölgəsinə bölük komandiri vəzifəsində xidmət etməyə göndərilib. 2012-ci ilin iyunun 10-a keçən gecə Goranboy istiqamətində təmas xəttində minaya düşüb. Cəbhə bölgəsindəki hərbi hospitala gətirilən İlqara ilkin tibbi yardım göstərilib, bir qolu amputasiya edilir. Vəziyyəti ağır olduğundan ayın 14-də Bakıya, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalına göndərilir. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur.

Cəmi 36 illik ömrünün 20 ilini orduda keçirən İlqar Verdiyev xidməti başa vurmağına cəmi iki ay qalmış 2012-ci ilin iyunun 14-də şərəfli şəhidlik zirvəsinə yüksəlib...

İlkin İzzət
Milli.Az













































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Trampdan yeni fərman - Daha 3 ölkə üçün qapılar bağlandı

25 Sentyabr 2017 08:28

Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq

25 Sentyabr 2017 08:13

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25 Sentyabr 2017 08:02

Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR

25 Sentyabr 2017 07:28

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

25 Sentyabr 2017 07:19

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52