Ağlasığmaz TOY: Qız AYINI ÖZÜNƏ... – FOTOLAR

Ağlasığmaz TOY: Qız AYINI ÖZÜNƏ... – FOTOLAR
18:48 1 Noyabr 2016
339 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada maraqlı toy mərasimi keçirilib.

Publika.az “People’s Daily” qəzetinin internet versiyasına istinadən xəbər verir ki, 30 yaşlı Denisin həmyaşıdı Nelya ilə nikah mərasiminə 130 kiloqramlıq Stepan adlı ayı şahidlik edib.

Gəlin, bəy və ayı birlikdə toy mərasimini lentə alan fotoqraflar qarşısında müxtəlif pozalar veriblər. Yeri gəlmişkən qeyd edək ki, toy mərasimində yaşanan maraqlı məqam təkcə ayının nikaha şahidlik etməməsindən ibarət deyil. Belə ki, fotoqraflar mərasim zamanı ayının onlara hücum edəcəyindən ehtiyatlanıblar. Lakin onların gözlədiklərinin əksinə olaraq heyvan heç kimə hücum etməyib. Əksinə, bəy və gəlinlə mehriban olması ilə yadda qalıb.

Bu cür maraqlı mərasimlə bağlı fikirlərini bölüşən Denis və Nelya xoşbəxt olduqlarını bildiriblər.

Anar Tağıyev








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR