And dağlarında Azərbaycan bayrağı dalğalandı - FOTO

And dağlarında Azərbaycan bayrağı dalğalandı - FOTO
19:05 1 Noyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur azərbaycanlı velosəyahətçi Ramil Ziyadov "dəmir at" üzərində dünya səyahətini davam etdirir.

Trend-in məlumatına görə, R.Ziyadov Cənubi Amerikaya çatan ilk həmyerlimiz olub. O, burada Kolumbiya və Ekvadordan keçərək, Peruya gəlib. Hazırda Ramil Peruda And dağları boyunca səyahətini davam etdirir. O, 5059 metr hündürlüyü olan Uayrakkasa, eləcə də Çonta və digər zirvələri fəth edib. R.Ziyadov postsovet ölkələrindən bu zirvələrə velosipedlə çıxan yeganə velosipedçi olub.

Fəth etdiyi zirvələrdə o, Azərbaycan bayrağını dalğalandırıb və bunu 9 noyabr Bayraq gününə həsr edib.

Qeyd edək ki, R.Ziyadov zirvələrin birində "Trend" İnformasiya Agentliyinin vımpelini də nümayiş etdirib.

R.Ziyadov dünya səyahətinə 2014-cü il yanvarın 10-da başlayıb. Bu müddətdə o, Gürcüstan, Rusiya, Yunanıstan, Misir, Türkiyə də daxil olmaqla bir neçə ölkədən keçərək 45 min kilometr məsafə qət edib.

Bundan əvvəl, 2013-cü ildə də, R.Ziyadov beş ölkənin - Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin ərazisindən keçməklə 15 min kilometr məsafə qət etmişdi.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR