İraq ordusu Mosula şimal və şərq istiqamətlərindən daxil olub

İraq ordusu Mosula şimal və şərq istiqamətlərindən daxil olub
19:57 1 Noyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ İraq ordusunun antiterror dəstələri Mosulun şərqində yerləşən Əs-Səmah rayonunu İŞİD qruplaşmasının terrorçularından tamamilə təmizləyib.
"Report" RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli "Əl-İrakiya" telekanalı məlumat verib.
Bildirilib ki, hərbçilər həmçinin İŞİD silahlılarını Mosulun şərqində yerləşən Kökcəli məhəlləsindən də çıxarıblar.
Bununla yanaşı, İraq hərbçiləri Mosulun şimalından da şəhərə daxil olublar. Bu barədə "As Sumaria" kanalı ölkənin Silahlı Qüvvələrinin birləşmiş komandanlığına istinadən xəbər verib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR