Türkiyənin daha bir klubuna FİFA-dan qadağa

Türkiyənin daha bir klubuna FİFA-dan qadağa
20:27 1 Noyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

FİFA Türkiyənin "Denizlispor" klubuna transfer qadağası qoyub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, I Liqa təmsilçisi qarşıdakı 2 "transfer pəncərəsi"ndə heç bir futbolçu keçidini həyata keçirə bilməyəcək.

Səbəb "Denizlispor"un sabiq futbolçusu Daniel Dimova olan borcun ödənilməməsidir. FİFA 70 min avro borcun bir ay ərzində ödənilməsinə göstəriş versə də, klub öhdəliyi yerinə yetirməyib.

Qeyd edək ki, FİFA daha öncə Türkiyənin "Karşıyaka", "Antalyaspor", "Manisaspor", "Mersin İdmanyurdu", "Elazığspor", "Samsunspor", "Bucaspor" və "Diyarbakırspor" klublarına da transfer qadağası qoyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR