Rumıniyalı hücumçu karyerasını başa vurdu

Rumıniyalı hücumçu karyerasını başa vurdu
20:57 1 Noyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Rumıniya millisinin eks hücumçusu Çiprian Marika 31 yaşında karyerasını başa vurmaq qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, son vaxtlar "Steaua"da çıxış edən forvard səhhəti ilə əlaqədar futboldan getməyə üstünlük verib.

"Uzun müddət evdən aralı düşmüşdüm. Doğmalarım məni gözləyirdi, budur qayıtdım. Oynadığım klublarda mənə dəstək verən azarkeşlərə təşəkkür edirəm. Onlar mənə ikinci ailə oldular və tənhalıq hiss etdirmədilər" - rumın oyunçu deyib.

Marika futbolçu karyerası ərzində "Stuttqart", "Şalke", "Getafe", "Konyaspor", "Şaxtyor" və Buxarest "Dinamo"sunda çıxış edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR