''Əgər Elvin olmasaydı, balamı öldürəcəkdilər'' - ATANIN TƏLAŞI

''Əgər Elvin olmasaydı, balamı öldürəcəkdilər'' - ATANIN TƏLAŞI
21:05 1 Noyabr 2016
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Qorxu içərisindəyik. Oğlumu ölümcül hala salanlar hələ də azadlıqdadır. Bizi hədələyir ki, gəlib bizim də başımızı kəsəcək.

Milli.Az xəbər verir ki, bu sözləri criminal.az saytına açıqlamasında bir neçə gün əvvəl Ağdam rayonu, Əhmədağalı kəndində döyülən Zaur Əhmədovun atası Nazim deyib.

Atanın sözlərinə görə, qonşuda qızı ilə birlikdə yaşayan Fərqanə Ağayevanı kürəkəni Eyvaz döyən zaman oğlu Zaur köməyə gedib. Qadınları Eyvazın əlindən alaraq davanı sakitləşdirib. Bundan sonra Eyvaz əsəbi halda Zaurun qarşısını kəsərək ''niyə imkan vermədin qayınanamı baltalayım? Bunun heyfini səndən çıxacam'' deyərək hədələyib.

N.Əhmədov deyir ki, həmin hadisədən az sonra oğlumu qapımızın qarşısında döyərək ölümcül hala salıblar: ''Mənim vəziyyətim pisləşmişdi. Təcili yardım çağırmışdıq. Təcili yardım mənə yardım göstərəndən sonra oğlum Zaur evin həyətindən bayıra çıxaraq təcili yardımı yola salan zaman hücuma məruz qalıb. Təcili yardım maşınının arxasında gizlənən Eyvaz və hələlik adını bilmədiyim bir nəfər Zauru yerə yıxaraq özü ilə gətirdiyi dəmir parçası ilə döyməyə başlayıb. Bu zaman köməyə qonşu Elvin Abbasov gəlib. Elvin Zauru onların əlindən alıb həyətə daxil olmaq istəyərkən arxadan ona iki bıçaq zərbəsi vurublar. Əgər Elvin olmasaydı, balamı öldürəcəkdilər''.

N.Əhmədov iki nəfəri öülümcül hala salan şəxslərin azadlıqda gəzməsindən narahatdır: ''Hadisə ilə bağlı heç kim tutulmayıb. Eyvaz heç kimdən qormur. Deyir adamım var, məni heç kim tuta bilməz. Eyvazın qayınanasının ailəsi isə həmişə problemli olub. Həmin evdə 30 ildir davadır. Həmin ailəni kənddən çıxarmaq lazımdır. Biz kənddə yaşamağa qorxuruq. Polis isə hadisə ilə maraqlanmır''. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/485363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR