Xalda bu kimi dəyişikliklər görəndə...

Xalda bu kimi dəyişikliklər görəndə...
21:12 1 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

İri, qabarıq xallar onkoloji baxımından çox təhlükəli sayılır. Onların melanomaya (dəri xərçəngi) çevrilməsi riski yüksək olur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən sizdə belə xallar varsa, onlara daim nəzarət edin. Xalda hər hansı dəyişiklik gördükdə vaxt itirmədən həkimə müraciət edin. Bu dəyişikliklər hansılardır?
1. Xalın simmetriyası pozulub. Xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın  "hissələrinə" diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.
2. Xalın kənarları nahamar olub - dalğavari və ya "dişli" şəkil alıb.
3. Xalın rəngi dəyişilib. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara), bu təhlükəli simptom sayılır.
4. Xal birdən-birə böyüyüb.
5. Xalın üzərində çatlar, qabıqlar əmələ gəlib.
6. Xal qanamağa başlayıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR