Kobud xasiyyət dəyərdimi?

Kobud xasiyyət dəyərdimi?
21:17 1 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər dəfə bu tip məsələlərdən yazmaq istəyəndə "yazım"-la "yazmayım"-ın arasında tərəddüd edirəm və həmişə də "yazmayım" varinatına üstünlük verirəm. Amma bu dəfə mütləq yazmalıyam. Necə deyərlər, yazmasam olmaz!

Məni yazmağa vadar edən 20 yaşlı gənc bir xanımın gələcək nişanlı namizədi seçimidir . Öz nişanlı namizədininin xasiyyətini yalnız "kobud, hirsli, aqressiv" sözləri ilə ifadə edə bilən bu gənc qız görəsən nə düşünür öz gələcəyi haqqında? Niyə öz gələcəyini kobud biri ilə bölüşmək bu qədər şirin gəlir ona? Düşünmürmü ki, sabah-biri gün nişanlılıq və evliliyin ilk günləri bitəndən sonra həmin bu kobud insan birinci onu öz hədəfinə alacaq, birinci ona öz "məharətin"i göstərəcək? Bəlkə də yaşı cavan olduğu üçün bütün bunların fərqinə vara bilmir. Ola bilər, 20 yaş dünyanın digər ölkələrində qərar vermək üçün tam yetkin yaşdır. Amma Azərbaycan mühütində 20 yaşlı bir qız, 15-16 yaşlı bir qızla prinsipcə bir o qədər də fərqlənmir. Burada ana-qız münasibəti böyük rol oynayır. Çünki, məhz ana qızına sabaha bir pəncərə açıb göstərə bilər, qonşuluqdakı, qohumluqdakı kobud insanların ailəsini nümunə gətirə bilər. Qızına bu yöndə min cür məsləhət verə bilər. Ola bilər ki, qız həmin anda, bütün bunları düşünə bilməyəcək dərəcədə gəncliyin yuxusundadır və ətrafa çəhrayı bir eynəklə baxır. Amma, çox təəssüf ki, əksər analar, öz qızları ilə həqiqi rəfiqə ola bilmirlər. Çünki, o ananın öz anası da qızı ilə rəfiqə olmayıb,
 
Sovetin soyuq anaları... Qalın bir pərdə var ana ilə qız arasında... Hətta tam təsdiqini hələ tapmamış məlumat da var ki, Sovet anaları öz övladlarını müasir analar qədər öpüb əzizləməyiblər...
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, zehinlərdə kişi və qadın xarakrerinin formalaşmasında ilk növbədə ailənin və məktəbin böyük rolu var. Oxuduğumuz kitablar, ədəbiyyat, filmlər və s. müstəsna rola malikdir. Sovet ədəbiyyatında güclü kişi obrazı - vurub-sındıran, aqressiv Rüstəm bəylər, Cahandar ağalar və s. olub. Çox təəssüf ki, həmin bu vurub-sındıran obrazlar "Azərbaycan kişisi" xarakteri adı ilə beyinlərə yerləşdirilib. Bizim nənələrimiz və analarımız da əsil kişi deyəndə, həmin o Rüstəm bəyləri təsəvvür ediblər. Hətta məktəbdə, məhəllədə vurub-sındıran, aqressiv oğlana ətrafın münasibəti normal olduğu halda, sakit və təmkinli birinə burada yazmaq istəmədiyim ibarələr qoşurlar. Və bir gün mülayim və sakit xarakterli, vurub-sındırmayan bir kişi görəndə heyrət onları bürüyür və həmin adama çox vaxt dırnaq içərisində baxırlar. Eyni ilə, həmin 20 yaşlı qızın öz rəfiqəsinin sakit təbiətli nişanlısına etdiyi heyrət kimi: "Rəfiqəmə deyirəm ki, siz heç dalaşmırsınız?".
 
Bəlkə də o qız hələ dalaşmağın nə dərəcə də pis bir şey olduğunu dərindən dərk edə bilmir. Dalaşılmayan bir həyat ona bəlkə də darıxdırıcı gəlir. Düzdür, küsüb-barışmaq ailənin necə deyərlər olmazsa-olmazıdır. Qonşumuz bir nənənin dediyi kimi, heç bir baba-nənə birdən-birə baba-nənə olmur, bunun üçün nələrdənsə keçməlidirlər. Amma seçim edəndə kobud xasiyyətli birini bilərəkdən seçmək artıq bir oda kibrit çaxmaqdır. Ola bilər, bəlkə də hansısa bir xanım özünə o qədər güvənir ki, həmin bu kobud xasiyyətli bir insanı dəyişəcəyinə əmindir. Amma, reallığa baxanda çox vaxt belə olmur. Kobudluq kobudluq gətirir dalınca. Atanın kobudluğu anaya, sonra da uşaqlara keçir. Və həmin o orta məktəbdə, ali məktəbdə, məhəllədə vurub-sındıran oğlanı, sakit və mülayim bir oğlandan daha üstün bilən bir qız, bir neçə ildən sonra həmin kobudluğun qurbanına çevrilir. Bir zamanlar ona əsil qəhrəman kimi gələn "aqressiya mənbəyi" , sonra onun göz yaşlarının səbəbinə çevrilir.
Bu üzdən, lütfən əziz analar! Heç bir halda kobudluğu, vurub-sındırmağı əsil kişiyə xas bir dəyər kimi övladlarımızın zehninə sırımayaq. Bəli, vurub-sındırmaq yaxşı şeydir, amma təkcə müharibədə və s. Əziz Məsumlarımızın (ə) xarakterinə nəzər salsaq, müharibədən, Allah düşmənlərindən qeyri yerdə güc nümayiş elətdirməyiblər və əksinə çox mülayim, mötədil və mehriban olublar.
 
Və bizlər artıq rüstəm bəylərdən Həzrət Muhəmmədə (s) mütləq keçməliyik. Yeni-yeni rüstəm bəyləri yetişdirməmək üçün!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR