İcbari tibbi sığorta: özəl klinikalar hansı meyarlarla seçiləcək? - VİDEO

İcbari tibbi sığorta: özəl klinikalar hansı meyarlarla seçiləcək? - VİDEO
21:17 1 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Icbari tibbi sığortanın tətbiqində həm dövlət, həm də özəl tibb müəssisələri iştirak edəcək. Buna səbəb əhalinin daha sürətli, keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunmasıdır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyib. Şöbə müdirinin sözlərinə görə, layihə pilot olaraq gələn ilin birinci rübündə  fəaliyyətə başlayacaq.

Vüqar Qurbanov bildirib ki, özəl tibb müəssisələri müəyyən kriteriyalar əsasında seçiləcək.

Şöbə müdiri bildirib ki, yeni sistem tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək. Çünki vətəndaşın xidmətin keyfiyyətindən narazı qaldığı təqdirdə  seçim imkanı olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR