Azərbaycanda avtomobillər sürətlə bahalaşacaq

Azərbaycanda avtomobillər sürətlə bahalaşacaq
21:18 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Artıq yanvar ayında Rusiyada və milli valyutası xarici valyutalar (əsasən dollar və avro) qarşısında dəyərini itirən ölkələrdə avtomobillərin qiymətində ciddi artım baş verəcək. Bu barədə avtomobil biznesi ilə məşğul olan korporasiyalardakı mənbələr məlumat veriblər.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, avtomobillərin bahalaşması milli valyutanın xarici valyuta qarşısında zəifləməsi ilə bağlıdır. Bu proses isə 2017-ci ildə daha ağrılı şəkildə davam edəcək. Avtomobil bazarının iştirakçıları milli valyutanın özünə gələcəyini gözləyirlər. Məsələn, Rusiya alıcıları hesab edirlər ki, əgər rubl əvvəlki vəziyyətinə qayıtsa, bu, bazara sabitlik gətirəcək. Nə qədər ki, kursun dəyişməsi prosesi dayanmayıb, istehsalçılar avtomobillərin qiymətlərini qaldırmaq məcburiyyətində qalacaqlar. Çünki rubl gün-gündən dollar və avro qarşısında dəyərini itirir.

Ekspertlərin proqnozlarına görə, Rusiyada avtomobillər azı 4-5% bahalaşacaq. Əgər milli valyutanın dollar qarşısında əriməsi yaxın aylarda da davam etsə, maşın bazarında qiymətlər proqnozlaşdırıldığından daha çox artacaq. Bununla belə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq milli valyutanın kompensasiya edilməsi prosesi də gözlənilmir. Ən azından Rusiyada yaxın 2 il ərzində kompensasiya nəzərdə tutulmayıb. Bu il ərzində Rusiyada yeni avtomobillərin qiyməti 7% bahalaşıb. Ciddi bahalaşma yapon markaları olan Mazda və Toyotada hiss olunub. Bu markalardan olan maşınlar 11% bahalaşıb. Şkoda markalı maşınblar 10%, Fordlar isə 9% bahalaşıb.

Ekspertlərin rəyinə görə, dünyanın maşın bazarında ən ciddi qiymət artımı yenə də yapon maşınlarında hiss olacaq. Azərbaycanın iqtisadçı eksperti Fuad Əlizadə isə bildirib ki, növbəti ildə Azərbaycanın maşın bazarında da qiymət artımı gözlənilir. Çünki milli valyutanın devalvasiyası davam edəcək, bu isə xaricdən idxal olunan malların, eləcə də avtomobillərin qiymətinin artması ilə nəticələnəcək. Fuad Əlizadə deyib ki, hazırda Azərbaycanda çox sayda adam üçün avtomobil daha çox pul qazanmaq mənbəyidir. Adamlar öz avtomobilləri ilə taksi xidməti və digər xidmətlər göstərərək gündəlik dolanışıqlarını təmin edirlər. "Bizdə avtomobil daha çox qazanc vasitəsidir, nəinki komfort. Orta və aşağı gəlirləri olan insanlar maşını kefindən deyil, ehtiyacdan alırlar. Son vaxtlar maşın bazarında müşahidə olunan hal onu deməyə əsas verir ki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır və növbəti qiymət artımı dalğası ən çox maşın və daşınmaz əmlak bazarını vuracaq” – deyə ekspert bildirib.

O hesab edir ki, əhalinin kasıblaşması səbəbindən orta və ucuz avtomobillərin qiymətinin çox qalxması gözlənilmir. O ki qaldı lüks maşınlara, yaxşı gəlirləri olan insanlar qiymətə baxmayaraq, yenə də bu maşınları almağa davam edəcəklər: "Biz gələn il də Azərbaycanda ən dəbdəbəli maşınları görə biləcəyik. Çünki pulu olanlar üçün avtomobilin nə qədər bahalaşmasının o qədər də fərqi olmayacaq. Amma bu bahalaşmadan yenə də aşağı təminatlı və ucuz maşınlardan istifadə edən əhali əziyyət çəkəcək.” – deyə Əlizadə fikrini yekunlaşdırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yeni tüklü qarın şəklində çantalar istehsal olundu - FOTOLAR

22 Sentyabr 2017 08:18

Məhərrəm ayı başladı

22 Sentyabr 2017 08:14

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək

22 Sentyabr 2017 08:12

Avstriyada üzünü örtən şəxslər cəzalandırılacaq

22 Sentyabr 2017 08:09

Tramp və Ərdoğandan Kürd Muxtariyyətinə xəbərdarlıq

22 Sentyabr 2017 08:04

Özbəkistanın qaz emalı zavodunda üç nəfər ölüb

22 Sentyabr 2017 08:02

Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

22 Sentyabr 2017 07:47

Çilinin cənubunda sutka ərzində dördüncü kilsə yandırılıb

22 Sentyabr 2017 07:37

Tibb bacıları reanimasiyada yatan qocayla məzələndilər - FOTOVİDEO

22 Sentyabr 2017 07:28

ABŞ və Əfqanıstan razılığa gəliblər

22 Sentyabr 2017 07:09

Bakıda orta yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb

22 Sentyabr 2017 06:52

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01