Azərbaycanda maaş kreditə tutula bilərmi? - VİDEO

Azərbaycanda maaş kreditə tutula bilərmi? - VİDEO
21:22 1 Noyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Maaşının yarısı məhkəmə qərarı ilə bir banka ödənilir, digər yarısı isə o biri bank tərəfindən tutulur. Nəticədə Sevda Abbasova 3 aydır əməkhaqqı almır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, vətəndaş birinci banka borcunu ödəyə bilmədiyinə görə məhkəməyə verilib. Məhkəmənin qərarı ilə hər ay onun maaşının yarısı tutulub banka ödənilir. Ancaq Sevda Abbasova əməkhaqqı hesabının olduğu bankdan da kredit götürüb. Son dövrlər kreditini ödəyə bilmədiyinə görə bank onun əməkhaqqı hesabındakı qalan bütün məbləği borcun əvəzinə silir. Baxmayaraq ki, kredit müqaviləsində belə hal nəzərdə tutulmayıb.

Əgər bu bank da vətəndaşı məhkəməyə verəcəksə, qanunun tələbinə uyğun olaraq, onun maaşının 50 faizindən artığı tutula bilməz.

Yəni şəxsin 2 və daha artıq banka borcu da olsa,  həmin banklara ödəniş yalnız aylıq əməkhaqqının 50 faizinin banklar arasında bölünməsi yolu ilə həyata keçirilə bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR